Ərdoğan Hatay terrorunda Bəşər Əsədi ittiham etdi
13 May 2013 15:14 (UTC+04:00)
AzNews.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Ərdoğan deyib ki, terror hadisəsi birmənalı şəkildə Əsəd rejiminin işidir: "Əsəd rejimi bu işin arxasındadır. Ancaq rejimin Türkiyədəki qolları da var. Yekun araşdırmalardan sonra hamısı açıqlanacaq".
Baş nazir deyib ki, bu teraktda Suriya müxalif qüvvələrinin heç bir əli yoxdur.
AzNews.az