Aktrisa Valeri Harper vəfat etdi

31 Avqust 2019 11:23 (UTC+04:00)

Amerika aktrisası Valeri Harper vəfat edib.

Rusiya mətbuatına istinadən verilən xəbərə görə, 80 yaşlı aktrisa xərçəng xəstəliyindən əziyyət çəkirdi.

V. Harper “Meri Tayler Murun Şousu”, “Valeri” və başqa sitkomlardakı rollarına görə məşhurlaşmışdı.

Aktrisa karyerası boyu dörd dəfə “Emmi” mükafatına və bir dəfə “Qızıl Qlobus”a layiq görülüb. (APA)