Nazpəri Dostəliyeva filmə çəkilir

2 Sentyabr 2019 10:01 (UTC+04:00)

Xalq artsiti Nazpəri Dostəliyeva filmə çəkilir.

AzNews.az xəbər verir ki, bu barədə sənətçinin özü məlumat verib. O, qeyd edib ki, dəvət aldığı film Aşıq Şakirin həyat və yaradıcılığından bəhs edəcək.

Nazpəri Dostəliyeva filmdə xalq artisti Nurəddin Mehdixanlı ilə tərəf müqabili olacaq.

Qeyd edək ki, filmin rejissoru Ruslan Hüseynovdur.

Bahar RÜSTƏMLİ

AzNews.az