Məşhur müğənnilər üz-üzə gəldi - İnsanlar gülüb keçməyi, “haqlısan” deməyi unudub

2 Sentyabr 2019 10:44 (UTC+04:00)

Türk aktrisası Tuba Ünsal 40 min lirə dəyərindəki geyiminə “Köhnə sezon bu. 4 lirə olar” deyən müğənni Demet Akalına münasibət bildirib.

AzNews.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Tuba Ünsal “Instagram” səhifəsində 40 min lirəlik “Gucci” geyimi ilə verdiyi pozanı paylaşıb.

Bir izləyicisinin “Geyimə 4 lirə belə vermərəm” yazması ilə araya Demet Akalın girib. İtalyan markalarını istifadə edən Akalın “Onsuz da köhnə sezon bu. 4 lirə olar” şərhini yazıb.

Tuba Ünsaldan Demet Akalına cavab gecikməyib:

“Uşaqlarımıza daha təmiz bir dünya vermək üçün geyimlərimizi köhnə-yeni sezon deyə ayırmamalı, bəzi vaxtlarda bir neçə dəfə geyinməliyik. Sosial mediadan tez-tez istifadə edən anlayışlı sənətçilər olaraq bunun fərqində olmalıyıq”.

Demet Akalını Tuba Ünsalın cavabındakı “uşaqlara örnək olmaq” hissəsi cəlb edib:

“Nə var ki, bunda? Mən 30 dəfə geyinirəm. Bu durumun uşaqlara örnək olmaqla nə əlaqəsi? Bu söz çox gülməli oldu. Uşaqlara başqa cür örnək olunur. Xanımı “bahalı geyim” düşmənlərinə qarşı qoruduq. Amma insanlar gülüb keçməyi, “haqlısan” deməyi unudub”.

Demet Akalın ilə Tuba Ünsalın 40 min lirəlik geyimlə bağlı yazışmasına bəzi izləyicilər: “Markaya minlərlə lirə versə belə reklam olmazdı”, - deyə münasibət bildiriblər.

Səidə Vahid

AzNews.az