13 yaşlı itkin düşən qızdan xoş xəbər

2 Sentyabr 2019 10:54 (UTC+04:00)

Bursada 2 gündür itkin olan qız uşağı sosial mediada edilən açıqlamalardan sonra tapılıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 13 yaşlı Ş.C adlı qız uşağı polis tərəfindən tapılaraq ailəsinə təslim edilib.

Sonuncu dəfə onu Bursa avtovağzalında İstanbul avtobusuna minərkən görmüşdülər.

Gül Qədirli

AzNews.az