Məşhur cütlüyün toyuna kral ailəsi də qatıldı - FOTO

2 Sentyabr 2019 16:50 (UTC+04:00)

32 yaşlı britaniyalı müğənni Elli Qoldinq sevgilisi, 27 yaşlı Caspar Jopling ilə evlənib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, toy mərasimində məşhurlarla yanaşı kral ailəsi də iştirak edib.

Mərasimə İngiltərə kraliçası ikinci Yelizavetanın nəvəsi şahzadə Eugenie ilə həyat yoldaşı Jack Brooksbank, York şahzadəsi Beatrice ilə anası Sahar Ferguson da qatılıblar.

Qeyd edək ki, toy mərasimində Orlando Bloom, nişanlısı Katy Perry, Sienna Miller, James Blunt və s. kimi məşhurlar da iştirak ediblər.

Rəqsanə

AzNews.az