Ucarda 2 otaqlı ev yandı

3 Sentyabr 2019 09:32 (UTC+04:00)

Ucarda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Ucar rayonunda ümumi sahəsi 90 m² olan 2 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və dam örtüyü 35 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.