Xalq artistinin qızı - "Söz tapa bilmirəm..."

3 Sentyabr 2019 10:06 (UTC+04:00)

Bu gün xalq artisti, mərhum sənətkar Yaşar Nurinin ad günüdür.

AzNews.az xəbər verir ki, aktyorun qızı Ülkər Yaşarqızı atasını anıb:

“Həyatımın mənası, başımın tacı, dayağım bilmirəm nə desəm azdı. Allah sənə rəhmət eləsin. Səni sənsiz yaşayırıq. Ad günündü, canım atam. Sən qəlblərdəsən, Azərbaycan xalqı səni sevir. Söz tapıb yaza bilmirəm”.

Qeyd edək ki, xalq artisti Yaşaq Nuri 2012-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ

AzNews.az