Jurnalistərin telefonları dinlənilir

14 May 2013 07:20 (UTC+04:00)
Associated Press agentliyi ABŞ rəsmi dairələrini jurnalistlərin telefonlarını dinləməkdə ittiham edib. Agentliyin iddiasına görə, 2012-ci il aprel-may aylarında 20 telefon xəttinə daxil olan zənglərlə bağlı məlumatlar gizli olaraq Ədliyyə Nazirliyinə təqdim edilib.

Həmin xətlərlə 100-dən artıq jurnalist işləyə bilərdi. Agentliyin direktoru Herri Pruitta yaydığı açıqlamada bu hadisədən təəssüfləndiklərini bildirərək jurnalistlərin telefon danışıqlarını dinlənilməsi üçün heç bir əsas olmadığını vurğulayıb.

Elnarə
AzNews.az