Mərhum rejissor Yusif Əkbərovun xatirəsi anılacaq.
AzNews.az xəbər verir ki, rejissorun bu il 70 yaşı tamam olur. Bu münasibətlə Akademik Musiqili Teatrında Yusif Əkbərovun xatirəsinə onun quruluş verdiyi "Qızıl toy" (O.Kazımi, R.Heydər) tamaşası nümayiş olunacaq.
Qeyd edək ki, Yusif Əkbərov 2016-ci ildə dünyasını dəyişib. O, Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində işləyib.
Bahar RÜSTƏMLİ
AzNews.az