Məhəbbət İbrahimova "Ömürdən qurban olmaz" adlı kitabını təqdim etdi - FOTO

3 Sentyabr 2019 17:37 (UTC+04:00)

Şairə Məhəbbət İbrahimovanın "Azər kitab evi"ndə "Ömürdən qurban olmaz" adlı kitabının təqdimatı baş tutub.

AzNews.az xəbər verir ki, 23 ildir xeyriyyəçiliklə məşğul olan və kitaba gəlir mənbəyi kimi baxmayan Məhəbbət İbrahimova “Ömürdən qurban olmaz" kitabından əldə etdiyi gəliri xəstə və kimsəsiz ailələrə verəcəyini açıqlayıb.

Onu da bildirək ki, Məhəbbət İbrahimovanın sözlərinə bəstələnən 32 mahnı var.

Onun mahnılarını xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Röya Ayxan, Xumar Qədimova, müğənnilər İzzət Bağırov, Nadir Qafarzadə və s. ifa ediblər.

Qeyd edək ki, təqdimat mərasimində bir çox ziyalılar iştirak edib.

Rəqsanə

AzNews.az