Timoşenkonun əmisi qızı öldü

3 Sentyabr 2019 23:05 (UTC+04:00)

“Batkivşina” partiyasının rəhbəri Yuliya Timoşenko Ali Radanın iclasına qatılmayıb.

Buna səbəb siyasətçinin 48 yaşlı əmisi qızı Tatyana Şarapovanın ölümü olub. Heç bir xəstəliyi olmayan Tatyana 2 həftə əvvəl qəfil özündən gedib, daha sonra isə komaya düşüb.

Onun həyatını xilas etmək mümkün olmayıb.(qafqazinfo.az)

AzNews.az