19 yaşlı qız intihar etdi

14 May 2013 08:22 (UTC+04:00)


Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata gör. Hovsan qəsəbəsi, 1-ci Zeytun savxozu yaşayış massivində yaşayan 1994-cü il təvəllüdlü Nəcəfli Leyla Buləddin qızı özünü asıb. 19 yaşlı qız yaşadığı mənzilin eyvanında özünü asaraq intihar edib.

Gənc qızın meyitini onunla birgə yaşayan anası tapıb. Faktla əlaqədar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

AzNews.az