Mətanət törətdiyi qəzanı gizlətdi - Açıqlama

4 Sentyabr 2019 13:10 (UTC+04:00)

Mətbuatda müğənni Mətanət Əsədovanın qəza törətdiyi haqda xəbər yayılıb.

Müğənni AzNews.az-a açıqlamasında baş verən hadisəni təkzib edib:

“Salamatam, heç bir hadisə baş verməyib. Narahat olmayın. Bu hardan çıxdı?”.

Qeyd edək ki, “avtosfer.az” saytında verilən məlumata əsasən, ifaçı idarə etdiyi 10 MB 777 dövlət nömrə nişanlı, "Mercedes” markalı avtomobili 28 May metrostansiyası ərazisində hərəkətdə olarkən bardürə vurub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə maddi ziyan dəyib.

Rəqsanə

AzNews.az