Həyat üçün ən rahat şəhərlərin adları açıqlandı

4 Sentyabr 2019 13:13 (UTC+04:00)

Böyük Britaniyanın “Economist” jurnalı həyat üçün ən rahat şəhərlərin siyahısını dərc edib.

AzNews.az bildirir ki, reytinqin birinci pilləsində yenə də Vyana qərarlaşıb.

Qeyd edilir ki, o, 2018-ci ildə ilk dəfə olaraq uzun illər reytinqə başçılıq edən Avstraliyanın Melburn şəhərini ötüb.

Üçüncü yerdə isə Sidneyin adı çəkilir.

Sonuncu pillələrdə Banqladeşin Dakka, Nigeriyanın Laos və Suriyanın Dəməşq şəhərləri yerləşir.