Səhiyyə Nazirliyi Səbail rayonundakı yanğınla bağlı məlumat yaydı

4 Sentyabr 2019 15:06 (UTC+04:00)

Bakının Səbail rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, Səhiyyə Nazirliyi həmin yanğınla bağlı məlumat yayıb.

Nazirliyin məlumatına görə, binada yaşayan Sabir Xubanov öz avtomobili ilə oğlu Anar Xubanovu 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirib:

“Hər ikisinin xəsarətləri yüngül olduğundan ilkin yardımdan sonra ambulator müalicəyə buraxılıblar. Bu gün Anar Xubanovun həyat yoldaşı Zibeydə Xubanova 5 saylı xəstəxanaya müraciət edib. Xəstəxanadan verilən məlumata görə, Zibeydə Xubanova palataya yerləşdirilib, müalicəsi davam edir. Xubanovlar xəstəxanaya özləri müraciət etdiklərindən Təcili Tibbi Yardım briqadasının məlumatında adları qeyd edilməyib”.

Bahar RÜSTƏMLİ

AzNews.az