Arda Turan məhkəməyə verildi - Səbəb

4 Sentyabr 2019 15:46 (UTC+04:00)

İstanbulun Sütlücə səmtində futbolçu Arda Turanın tikdirdiyi otel inşaatının bünövrəsi zamanı evləri çökən Ertürk apartmanının sakinləri zərərlərinin qarşılanmadığını bildirərək tanınmış futbolçunu və qardaşı Okan Turanı məhkəməyə veriblər.

AzNews.az xəbər verir ki, hadisə 2018-ci ilin iyulunda qeydə alınıb. Arda Turanın tikdirdiyi otel inşaatının bünövrəsi zamanı torpaq sürüşməsi baş verib və 4 mərtəbəli ev evakuasiyadan sonra çöküb.

Binaları çökən sakinlər Arda Turan və qardaşı Okan Turan haqqında zərərləri qarşılanmadığı üçün prokurorluğa şikayət ərizəsi yazıblar. Onlar ərizələrində maddi və mənəvi təzminat tələblərini dilə gətiriblər.

Sakinlərdən biri Orxan Dal saniyələr öncə binadan çıxa bildiyini açıqlayıb. Onun vəkili 100.000 TL mənəvi təzminat tələb etdiyini bildirib.

Binanın digər sakinləri də müxtəlif məbləğdə təzminat istəyiblər.

Mehri QURBANOVA

AzNews.az