Britaniyanın Baş naziri Boris Conson parlamentin İcmalar Palatasına oktyabrın 15-də növbədənkənar seçkilər keçirmək niyyətindədir.
Bu barədə AzNews.az TASS-a istinadən xəbər verir.
Qeyd edildiyi kimi, belə bir qərarın verilməsinə səbəb Britaniya müxalifətinin İcmalar Palatası vasitəsilə müəyyən qanun layihəsini qəbul etdirmək planı olub.
Onun sayəsində Britaniyanın Aİ-dən çıxması tarixini oktyabrın 31-dən daha gec müddətə köçürmək mümkün olacaq. Bundan başqa, həmin qanun keçdiyi təqdirdə, sazişsiz “Brexit” ehtimalını blok edəcək.
Lakin Conson bunun qarşısını almaq niyyətindədir və oktyabrın 31-də “Brexit”i həyata keçirməyi planlaşdırıb.
AzNews.az