“Apple” gələn il ucuz “iPhone” satışa çıxaracaq

4 Sentyabr 2019 19:03 (UTC+04:00)

Texnologiya nəhəngi "Apple" 2020-ci ildə inkişaf etməkdə olan bazarlarda digər ağıllı telefon istehsalçılarına qarşı yeni ucuz iPhone modeli satışa çıxaracaq.

Yeni model “Apple”ın "iPhone S" seriyasından olacaq və telefonun adı və qiyməti hələ açıqlanmayıb.

“Apple” gələn həftə kecirəcəyi illik toplantıda yeni “iPhone” modellərini tanıtması gözlənilir.

Ötən il dünyanın ən yaxşı ağıllı telefon istehsalçısı öz yerini "Huawei"-ə verəndən sonra ucuz “iPhone” modelləri istehsal etmək fikrinə düşüb.(report.az)

AzNews.az