ABŞ-da ilk dəfə elektron siqaretlərə qadağa qoyuldu

4 Sentyabr 2019 19:27 (UTC+04:00)

ABŞ-ın Miçiqan ştatında ilk dəfə elektron siqaretlər qadağan olunub.

Ştat qubernatoru Qrethen Uitmerin sözlərinə görə, qadağa gəncləri siqaretin zərərli təsirlərindən qorumaq məqsədi daşıyır. Qadağa meyvəli, şirin, nanə və mentol ətirli siqaretlərə aiddir. Tütün qoxulu siqaretlərin istifadəsi isə sərbəstdir.

Elektron siqaretlərin pərakəndə və onlayn satışına da 6 ay müddətinə qadağa qoyulub.(qafqazinfo.az)

AzNews.az