Brilliant Dadaşova söydü, Faiq Ağayev dəhşətə gəldi - FOTOLAR

14 May 2013 09:11 (UTC+04:00)
Xalq artisti Aygün Kazımova və Brilliant Dadaşova arasında qalmaqal fanatların sayəsində daha da qızışır. Belə ki, xalq artisti Brilliant Dadaşova səhifəsinə girib xoşagəlməz sözlər yazan Aygün fanatlarından birinə çox kobud cavab verib. Kumirinin müdafiəsinə qalxan Aygün fanatı Dadaşovanın qəzəbinə tuş gəlib və gözləmədiyi reaksiya ilə qarşılaşıb. Burada Brilliant Dadaşova fanatı təhqir edərək, xalq artisti Aygün Kazımovaya xitabən "fahişə" və digər senzuradan kənar ifadələr işlədib.

Brilliant Dadaşovanın bu statusundan xəbər tutan Faiq Ağayev söyüşlərdən dəhşətə gəlib. O, Brilliant Dadaşovanın səhifəsində yazdığı senzuradan kənar ifadələrə belə reaksiya verib.

"Bu nə biabırçılıqdı? Bunu qadın, xalq artisti deyir! Dağıl, ey dünya!"- deyərək öz təəssüfünü bildirib.//anspress//


AzNews.az