Məşhur modelin podiumda paltarı əynindən düşdü - VİDEO+FOTO

5 Sentyabr 2019 10:36 (UTC+04:00)

Podiumda paltarı düşən maniken sinəsini əlləri ilə tutaraq yeriməyə davam edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Lina Daniela Daza Kolumbiyada keçirilən bir defilədə podiuma çıxıb.

O, podiumda yeriyərkən paltarının ipləri açılıb, amma buna önəm verməyərək əlləri ilə sinəsini örtüb və davam edib.

Heç bir panika yaşamadan kulisə dönmək yerinə podiumda yeriməyə davam edən maniken gur səslərlə alqışlanıb.

Məsələ haqqında sosial media hesabından açıqlama verən Daza belə deyib:

“İndiyə kimi olmamış bir şey oldu. Podiumun ortasında buzqalterim düşdü və reaksiyam tamamən instinktiv idi”.

Səidə Vahid

AzNews.az