AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Bakıya gəldi

5 Sentyabr 2019 15:43 (UTC+04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir Azərbaycana gəlib.

Məruzəçi 5-7 sentyabr tarixlərində Bakıda olacaq.

Onun Milli Məclisin üzvləri, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Baş Prokurorluq və Prezident Administrasiyasının nümayəndələri, eyni zamanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirməsi planlaşdırılır.