Dəhşətli hadisə: Ana və körpəsi əməliyyat zamanı öldü

14 May 2013 09:52 (UTC+04:00)
Mayın 14-də səhər saatlarında Respublika Perinatal Mərkəzində qeysər əməliyyatı zamanı 1986-cı il təvəllüdlü Fətəliyeva Maral Umudvar qızı doğulmamış uşaqla birlikdə vəfat edib. Qeysər əməliyyatını cərrah Şamilov Ruslan aparıb. İlkin məlumatlara görə, həkimlər dəqiq bir şey demirlər, yalnız onu bildiriblər ki, əməliyyat zamanı ananın ürəyi dayanıb. Ancaq qohumları bunu şübhəli hesab edirlər. Bu barədə Yeni Müsavata xəbər verən mərhumənin yaxınları şikayət etsələr də, hüquq-mühafizə orqanlarının hadisə yerinə gəlmədiyini bildiriblər.

M.Fələliyevanın yaxınları ana və körpənin məhz həkim məsuliyyətsizliyi nəticəsində öldüyünü iddia edirlər. Ancaq müraciət edilməsinə baxmayaraq prokurorluq əməkdaşları isti-isti izlərlə hadisənin araşdırılmamasını həkimlərin mümkün təqsirinin ört-basdır edilməsi ilə əlaqələndirirlər. Mərhumənin qohumları həkimlərin qanunsuz hərəkətlərində bütün instansiyalara şikayət edəcəklərini deyirlər. Xəstəxanadan əldə ediləm məlumata görə, ana və körpənin ölümünə səbəb xəstəyə yanlış qan vurulması ilə əlaqələndirirlər.

AzNews.az