Əfqanıstanın şərqində partlayış - Ölənlər var

5 Sentyabr 2019 21:09 (UTC+04:00)

Əfqanıstanın Pul-e-Ələm şəhərində törədilən partlayış nəticəsində yerli rəsmi mənbələrə görə azı 4 nəfər ölüb, 11 nəfər yaralanıb.

“Reporterly” xəbər verir ki, partlayış ölkənin milli ordusuna məxsus 4-cü briqadanın qərargahı qarşısında törədilib.

Kamikadze-terrorçu tərəfindən törədilən hadisənin məsuliyyətini “Taliban” üzərinə götürüb.(report.az)

AzNews.az