Məşhur amerikalı bəstəkar yol qəzasında öldü

5 Sentyabr 2019 22:34 (UTC+04:00)

Məşhur amerikalı bəstəkar Laşon Deniels Cənubi karolina ştatında ağır yol qəzasında dünyasını dəyişib.

41 yaşlı musiqiçinin ölümü barədə həyat yoldaşı Eypril Deniels İnstaqram səhifəsində yazıb.

Qeyd edək ki, Laşon Mayk Cekson, Ledi Qaqa, “Spice Girls”, Beyons, Cennifer Lopez, “50 Cent” kimi məşhurlara yazdığı hitləri ilə tanınır. 2001-ci ildə o, “Say my name” mahnısına görə “Qremmi” mükafatı alıb.(qafqazinfo.az)

AzNews.az