Əli ilə yollarını ayıran Elgiz şoudan getdi

6 Sentyabr 2019 09:58 (UTC+04:00)

Tanınmış aparıcı Elgiz Əkbərin ARB-də yayımlanan yeni verilişinin anonsu yayılıb.

AzNews.az xəbər verir ki, Elgiz Əkbər bu mövsümdə "Elgiz ilə" adlı sosial xarakterli veriliş ilə tamaşaçıların qarşısına çıxacaq.

Aparıcı bu haqda "Instagram"da məlumat verib. O, verilişin həftədə beş dəfə canlı yayımlanacağını deyib.

Qeyd edək ki, Elgiz Əkbər Əli Mirəliyev ilə "Səhər-səhər" verilişində aparıcı olub.

Rəqsanə

AzNews.az