Məşhur şoumen Mehmet Ali Erbilin qızı arzusuna çatdı - FOTO

6 Sentyabr 2019 12:44 (UTC+04:00)

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbilin aktrisalığa başlayan qızı Yasmin Erbil arzusuna çatıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa olmaq istəyən Yasmin Erbil aparıcılıq təklifini də qəbul edib:

“Ən böyük arzum aktrisa olmaqdır. Prodüserlər və müəllimlərim də bu sahədə şansımın yüksək olduğunu deyirlər. Televiziyaya çıxdıqdan sonra istedadım fərq edildi. Mənə gözəllik anamdan, istedad və enerji isə atamdan keçib”.

Rəqsanə

AzNews.az