“Qadını həbsdə saxlamaq bir islam dövləti olaraq doğru deyil“ - ETİRAZ

14 May 2013 10:29 (UTC+04:00)
"İranın irəli sürdüyü bu casusluq ittihamı absurddur. Sərhədlər açıqdır və hr kəs yoxlanılaraq oradan keçilir, qanunsuz nəsə baş verə bilməz".

"Qafqazinfo" xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa parlamentin bugünkü iclasında İranda saxlanılan AMEA-nın əməkdaşı ilə bağlı çıxış edərkən deyib. Millət vəkili bildirir Ki, İran hər zaman belə addımlar atır və sonra sonra da bazarlıq yolu ilə müxtəlif vasitələrlə azad edir: "Qadını həbsdə saxlamaq bir islam dövləti olaraq doğru deyil. Azərbaycan tərəfi bu məsələdə həssas olmalıdır. Azərbaycanın müxtəlif qurumları bu məsələdə aktiv olmalıdır. Beynəlxalq təşkilatlarla daha sıx əlaqə saxlamaq lazımdır. İran artıq neçənci dəfədir ki, Azərbaycan vətəndəşını yalançı motivlərlə həbs edir"

AzNews.az