İzmirdə 18 qaçaq miqrant saxlanıldı - Yunan adalarına keçmək istəyiblər

6 Sentyabr 2019 14:06 (UTC+04:00)

İzmirin Menderes ilçəsinin sahillərində qanunsuz yolla Yunan adalarına keçməyə çalışan 18 qaçaq miqrant Sahil Təhlükəsizlik əməkdaşları tərəfindən yaxalanıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çərşənbə günü saat 08:00 radələrində Özdərə sahillərində qayıqla yunan adalarına qaçanlar haqda məlumat alınıb. Əməliyyat keçirilərək onlar saxlanılıb.

Qaçanlardan 11-i kişi, 4-ü qadın, 3-ü isə uşaq olub.

Qeyd edək ki, miqrantlar polis idarəsinə təslim edilib.

Nəzrin Əlizadə

AzNews.az