İşğal olunmuş ərazilərimizlə bağlı qətnamə layihəsi BMT BA-nın gündəliyinə salınıb

6 Sentyabr 2019 16:27 (UTC+04:00)

“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” qətnaməsinin layihəsi BMT Baş Assambleyasının 74-cü sessiyasının gündəliyinə salınıb.

Bu barədə təşkilatın bəyanatında deyilir.

Qeyd olunur ki, ötən il bu qətnamə 73-cü sessiyanın gündəliyində yer almamışdı.

Layihənin 74-cü sessiyanın gündəliyinə salınması barədə yekun qərar Assambleyanın bu məsələ ilə bağlı atacağı mümkün addımlardan asılıdır.

Qeyd edək ki, BMT Baş Assambleyasının 74-cü sessiyası sentyabrın 17-də işə başlayacaq. (Trend)

AzNews.az