İstanbulda 22 yaşlı azərbaycanlını cərəyan vurdu

6 Sentyabr 2019 22:07 (UTC+04:00)

İstanbulda azərbaycanlı fəhlə ölüb.

"Haberler.com" xəbər verir ki, hadisə şəhərin Fatih bölgəsində baş verib.

Akşəmsəddin məhəlləsinin Akdeniz küçəsində bir iş mərkəzində çalışan 22 yaşlı Rüfət Fərhadov beşmərtəbəli iş mərkəzində optik internet kabeli çəkərkən binanın beton kölgəliyindəki elektrik axınına düşərək vəfat edib.

Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Fəhradovun cəsədi İstanbul Yenibosnadakı Tibbi-ekspertiza mərkəzinə təhvil verilib.(oxu.az)

AzNews.az