“Şəhidlər Xiyabanının statusu dəyişməlidir“- TƏKLİF

14 May 2013 10:58 (UTC+04:00)
Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc xarici qonaqların Şəhidlər Xiyabanını ziyarət etməsi ilə bağlı protokol qaydalarında dəyişiklik etməyi təklif edib. Modern.az xəbər verir ki, millət vəkilinin sözlərinə görə, Şəhidlər Xiyabanı Azərbaycanın azadlığı uğrunda mübarizənin simvoluna çevrilib.

"Şəhidlər Xiyabanını ziyarət edən xarici qonaqlar ancaq onun yuxarı hissəsini ziyarət etməyə məcbur olurlar. Burada isə 20 yanvar qurbanları uyuyur. Amma arealı genişləndirməklə protokol qaydalarına yeni yerlər əlavə etmək lazımdır. Çünki Şəhidlər Xiyabınında Azərbaycanın azadlığı uğrunda şəhid olan 3 nəsil uyuyur, müharibədə şəhid olanlar, 20 yanvar qurbanları. Odur ki, protokol qaydasındakı natamamlığı aradan qaldırmaq lazımdır və Şəhidlər Xiyabanına xarici qonaqlar gələrək digər ərazidən də onların keçməsini təmin etmək lazımdır".

Zahid Orucun bundan başqa Şəhidlər Xiyabanında yatanlar barədə ingilis və digər əcnəbi dillərdə izah olunmasını da təklif edib.

AzNews.az