Rusiyadan anasının yas mərasiminə gəldi, özü də öldü

7 Sentyabr 2019 16:55 (UTC+04:00)

Sumqayıtda mənzildən meyit tapılıb.

Şəhərin 10-cu mikrorayon ərazisində, ev 61 ünvanında mənzillərdən birində kişi meyiti aşkar olunub.

Ölən şəxsin Rusiya Federasiyasının vətəndaşı 1961-ci il təvəllüdlü Uszenov Vyaçeslav Maqammedoviç olduğu müəyyən edilib.

Onun Sumqayıta anasının yas mərasiminə gəldiyi bildirilir. Yas mərasimindən sonra ondan xəbər olmadığını görən qonşular müvafiq qurumlara müraciət ediblər.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

AzNews.az