Azərbaycan XİN Braziliyanı təbrik etdi

7 Sentyabr 2019 21:48 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Braziliya Federativ Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə Azərbaycan XİN-in rəsmi "Twitter" hesabında qeyd olunub.

"Biz Braziliya Federativ Respublikasını Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik. İnanırıq ki, Azərbaycan və Braziliya arasında əlaqələr xalqlarımızın mənafeyi naminə dostluq və əməkdaşlıq üzərində inkişaf edəcək və genişlənəcək", - təbrikdə belə deyilir.

AzNews.az