Tovuzda üç piyadanı maşını vurdu - İkisi uşaqdır

7 Sentyabr 2019 22:06 (UTC+04:00)

Tovuz şəhərində 3 piyadanı avtomobil vurub.

Piyadalardan ikisi uşaq, biri isə qadındır.

Hadisə onlar yolu qarşı tərəfə keçmək istəyən zaman baş verib. Hər 3 piyada Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az