Bu yollarda sürət həddi endirildi

8 Sentyabr 2019 10:44 (UTC+04:00)

Hazırda Bakıda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Hərəkət iştirakçılarına hava şəraitini nəzərə almağı, eləcə də ehtiyatlı olmağı tövsiyə edilir.

AzNews.az