Qumbara satan Bakı sakini saxlanılıb

14 May 2013 11:35 (UTC+04:00)

Bakı sakini qumbara satarkən tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Yasamal rayon sakini Zaur Tağıyev 6 ədəd "F-1" qumbarasını və ona aid 6 ədəd alışdırıcını 600 ABŞ dollarına satarkən saxlanılıb.

AzNews.az