Şamaxıda avtomobil ağaca çırpıldı - 2 yaralı var

8 Sentyabr 2019 15:19 (UTC+04:00)

Şamaxı rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 14:30 radələrində Şamaxı-Pirqulu yolunda qeydə alınıb.

"VAZ 2107" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. (APA)

AzNews.az