İranda yeni dövr başlayır: Azərbaycan dili...

8 Sentyabr 2019 20:13 (UTC+04:00)

Bu il Ərdəbil məktəblərində Azərbaycan dilinin tədrisinə başlanılacaq.

Bu sözləri Ərdəbilin İran parlamentindəki millət vəkili Südeyif Bədri deyib.

"Ərdəbil əhalisinin əsas tələblərindən biri Azərbaycan dilinin tədris olunmasıdır. Təbii ki, yerli məsullar və qeyri-hökumət təşkilatları bu dilin qrammatikasının məktəblərdə tədris olunmasına çalışır. Şübhəsiz ki, səylərimiz davam edəcək və istədiyimiz nəticəyə nail olacağıq. Hesab edirəm ki, universitetlərdə də bu dilə diqqət yetirilməlidir. Hətta bu dili öyrənmək istəyən yerli olmayan öyrəncilər üçün də Azərbaycan dili kusrları təşkil olunmalıdır", - deyə o, bildirib.

Südeyif Bədri əlavə edib ki, artıq Azərbaycan dilinin tədrisi kitabları hazırdır və təsdiq üçün parlamentin araşdırma mərkəzinə göndərilib. (Axar.az)

AzNews.az