Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə çalışacağıq - Gürcüstanın yeni müdafiə naziri

8 Sentyabr 2019 21:06 (UTC+04:00)

Gürcüstanın müdafiə sənayesini yeni inkişaf mərhələsinə çatdıracağıq.

Bu sözləri Gürcüstanın yeni müdafiə naziri İrakli Qaribaşvili nazirliyin əsas prioritetlərini açıqlayarkən söyləyib.

Yeni nazir ölkənin müdafiə qüvvələrinin və müdafiə qabiliyyətinin daha da güclənməsinə çalışacağını bildirib.

"Müdafiə qüvvələrinin vahid orqanizm və bir ailə olması üçün əlimdən gələni əsirgəməyəcəm".

İ.Qaribaşvilinin sözlərinə görə, müdafiə sahəsində həyata keçirilməsi nəzərdə tutulan islahatlar yaxın gələcəkdə ictimaiyyətə açıqlanacaq. (Azertac)

AzNews.az