Gəncədə 2 qadına xəsarət yetirən sürücü hadisə yerindən qaçdı

9 Sentyabr 2019 03:00 (UTC+04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Belə ki Şəmkir rayon sakini Vüqar Hüseynov idarə etdiyi "VAZ 21011" maraklı avtomobillə hərəkətdə olan zaman digər "VAZ 2107" markalı minik maşını ona çırpılıb. Qəza nəticəsində "VAZ 21011" bir neçə metr kənara düşüb və içərisində olan sərnişinlər - 1965-cil təvəllüdlü Səmaya Rüstəmova və 1990-cı il təvəllüdlü Əsmər Hüseynova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Qəza zamanı hadisə yerindən qaçan sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb.

Faktla bağlı araşdırma aparıır. (APA)