İranda mikroavtobus dərəyə aşdı - 5 nəfər öldü

9 Sentyabr 2019 09:41 (UTC+04:00)

İranın Lorestan əyalətində mikroavtobus dərəyə aşıb.

Hadisə nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb.

Məlumata görə, mikroavtobusun sərnişinləri Əliqodərz bölgəsində yerləşən ziyarətgaha gedən Əfqanıstan zəvvarları olub.

Yaralılar xəstəxanaya çatdırılıb. (APA)