Bu gün Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Fizuli Hüseynovun doğum günüdür.
57 yaşlı aktyor AzNews.az-a açıqlamasında doğum günü arzusunu dilə gətirib:
“Bu gün sıradan bir gündür. Ad günümü dostlarımla qeyd edəcəyəm. Artıq heç nə gözləmirəm. Sadəcə naməlum bir xanımı gözləyirəm. Ad çəkə bilmərəm. Ondan təbrik deyil, şəxsən özünü istəyirəm”.
“Görmək istədiyiniz qadının bundan xəbəri varmı?” sualına aktyorun cavabı belə oldu: “Kaş ki olmayaydı...”
Bahar RÜSTƏMLİ
AzNews.az