Netanyahu "Boris"ləri səhv saldı - Consona "Yeltsin" dedi

9 Sentyabr 2019 11:37 (UTC+04:00)

İsrailin Baş naziri Binyamin Netanyahu nazirlər şurasının iclasında London səfərindən danışarkən səhvə yol verib.

AzNews.az xəbər verir ki, o, Böyük Britaniyanın Baş naziri Boris Consona “Boris Yeltsin” deyib.

“Londonda Böyük Britaniyanın Baş naziri Boris Yeltsin və ABŞ-ın müdafiə naziri ilə faydalı görüşlər keçirdim”.

Netanyahu yanındakıların xəbərdarlığı ilə səhvini düzəldib və zarafat edib:

“Dinləyib dinləmədiyinizi görmək üçün belə dedim”.

İsrail hökumətinin rəsmi internet səhifəsində video montajlanaraq yayımlanıb və Netanyahunun səhvinə yer verilməyib.

Xatırladaq ki, Netanyahu dekabr ayında da Azərbaycan əvəzinə Əfqanıstana səfər etdiyini demişdi.

Pərvanə

AzNews.az