Rusiyanın bütün regionlarında mövcud liderlər seçkidə qalib gəldi

9 Sentyabr 2019 12:04 (UTC+04:00)

Rusiyada sentyabrın 8-də keçirilmiş seçkinin ilkin səsvermə nəticələrinə görə, region başçısı və qubernator vəzifələrini müvəqqəti icra edən şəxslərin hamısı seçkidə qalib gəlib.

Bu barədə "İnterfaks"a istinadən xəbər verilir.

Qeyd edək ki, dünən Rusiyada ümumxalq səsverməsi günü olub. Ölkədə müxtəlif səviyyələrdə - Dövlət Dumasının deputatları, federasiyanın 16 subyektinin rəhbərləri, habelə 13 regionda yerli qanunverici orqanların üzvləri səviyyəsində kampaniyalar keçirilib. (Report)