Seçki Komissiyasından bülleten aparan 5 nəfər qəzaya düşüb öldü

9 Sentyabr 2019 13:16 (UTC+04:00)

Rusiyanın Krasnodar diyarının Otradnensk rayonunda məntəqə seçki komissiyasının (MnSK) 3 üzvü, bir müşahidəçi və sürücü yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

Bunu Krasnodar diyarı Seçki Komissiyasından bildiriblər.

Onlar ərazi komissiyasına səsvermə bülletenlərini aparırmış.

Qeyd edək ki, sentyabrın 8-də Rusiyada yerli orqanlara ümumxalq seçkiləri keçirilib. (Report)

AzNews.az