Yeni Baş nazir vəzifəsinə başladı

9 Sentyabr 2019 14:21 (UTC+04:00)

Gürcüstanın yeni Baş naziri Giorgi Qaxaria bu gündən vəzifəsinin icrasına başlayıb.

G. Qaxaria bu gün səhər saatlarında hökumət idarəsinə gəlib.

Qeyd edək ki, Gürcüstan parlamenti dünən G. Qaxarianın Baş nazir postunu tutduğu yeni hökumətə etimad göstərib.

Müxalifət fraksiyalarının boykot etdiyi parlamentin plenar sessiyasında keçirilən səsvermədə hökumətin yeni tərkibi 98 millət vəkilinin dəstəyini alıb. (APA)