İranın Qərbi Azərbaycanında zəlzələ oldu

9 Sentyabr 2019 15:23 (UTC+04:00)

İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində 4 bal gücündə zəlzələ baş verib.

Bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Məlumata görə, zəlzələ Qotur məntəqəsinin 15 kilometrliyində 10 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ yerli vaxtla saat 14:26 dəqiqədə baş verib.

İnsan itkisi haqda məlumat verilməyib.

Xatırladaq ki, 8 iyulda İranın cənub-qərbində Xuzistan vilayətində 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 112 nəfər yaralanıb. (Trend)