AŞPA-nın məruzəçisi Azərbaycan hökumətinə təşəkkür etdi

9 Sentyabr 2019 17:33 (UTC+04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçisi Thorhild Sunna Evarsdottir Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

AŞPA-nın rəsmi saytına istinadən bildirilir ki, məruzəçi Azərbaycan hökumətinin onun 5-7 sentyabr tarixlərində Azərbaycanda olduğu zamanı səfərini asanlaşdırdığını vurğulayıb.

“Mən Azərbaycan hökumətinə rəsmi iclaslar keçirdiyi, ümumiyyətlə, səfərimi asanlaşdırdığı üçün təşəkkürümü bildirirəm", - o qeyd edib.

Thorhild Sunna Evarsdottir səfəri zamanı konstruktiv münasibət, eləcə də hər kəsin Avropa Şurası ilə işləməyə həvəsli olduğunu müşahidə etdiyini bildirib. (Report)